Azneft dairəsindən Bayraq Meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 11:00-dan etibarən, Mikayıl Useynov prospektində (Azneft dairəsindən Bayraq Meydanı istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Məlumata əsasən, ərazidə nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.
Digər məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti Dilarə Əliyeva küçəsində qismən, Kövkəb Səfərəliyeva küçəsində isə tam məhdudlaşdırılacaq.