Paytaxt ərazisində motosiklet idarə edən sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.
Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsü azyaşlının həyatını təhlükə altına salıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlardan görünür ki, Aeroport şosesi ilə hərəkət edən motosiklet sürücüsü yüksək sürətlə və nəqliyyat axınının intensiv olduğu zolaqda hərəkət edib. Müzakirələrə səbəb olan əsas məqam isə motosikletin arxa oturacağında azyaşlı qız uşağının əyləşməsi olub.
Belə ki, uşağın başında hər hansı qoruyucu dəbilqə və ya digər təhlükəsizlik vasitələrinin olmaması diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri sürücünün həm azyaşlının, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdığını bildiriblər.
Qeyd edək ki, qanunvericiliyə əsasən, azyaşlı uşaqların bu formada motosikletlə daşınmasına yol verilmir.
Videogörüntünü təqdim edirik: