Bakıda Aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, "Ravon Nexia" markalı avtomobilin sürücüsü qəza şəraiti yaradıb.
Toqquşmadan yayınmağa çalışan "Changan" markalı avtomobilin sürücüsü maşını kənara çəksə də, avtomobil divara çırpılıb.
Qəza nəticəsində avtomobillərə ziyan dəyib.
Hadisənin təfərrüatı və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Qaynar xətt:
(055) 224 12 12