“Laçın” ticarət mərkəzinin qarşısında orada çalışan ticarətçilərlə yol polisi əməkdaşları arasında qarşıdurma yaranıb.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, münaqişəyə səbəb yol polisinin öz avtomobillərini ticarət mərkəzinin qarşısında saxlayan bütün ticarətçiləri cərimələməyə qərar verməsidir.
Bundan hiddətlənən satıcılar etiraza qalxıb. Amma onların aksiyası polis tərəfindən dağıdılıb.