Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda təhlükəli vəziyyət: Sakinlər qorxu içində
Bakıda məhəllələrin birində köhnə daş divarın bir hissəsinin uçması nəticəsində təhlükəli vəziyyət yaranıb.
Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi 31 və Məhəmməd Hadı küçəsi 106-da qeydə alınıb.
Sakinlər yaşayış binasına yaxın ərazidə baş verən bu hadisəni sürüşmə kimi təqdim ediblər. Onların bildirdiyinə görə, sürüşmə nəticəsində daş parçaları pilləkənin üzərinə dağılıb, ərazidən keçən insanlar üçün ciddi təhlükə yaradıb.
Qeyd edək ki, görüntülərdə divarın üst hissəsində iri çatların olduğu, bəzi daşların isə tamamilə töküldüyü açıq-aydın görünür. Ərazidə vəziyyətin təhlükəli olduğu nəzərə alınaraq, bəzi daşlar müvəqqəti olaraq qırmızı iplə bağlanıb.
"Qəzalı binalar" teqi üzrə xəbərlər
- Bakıda binanın örtüyü sakinlərə təhlükə yaradır
- 1960-cı ildə inşa olunan binada heç bir təmir işi aparılmayıb - İcra hakimiyyətindən açıqlama
- Qəzalı vəziyyətdə olan, plana düşən binalar nə vaxt söküləcək? - Proses niyə yubanır?
- Eldar Əzizov: "Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var"
- Bakıda təhlükə mənbəyi olan bağça