Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 28 may küçəsində qeydə alınıb.
BMW markalı avtomobilin sürücüsü kəsişmədən keçərkən “Lexus” markalı maşın onun nəqliyyat vasitəsinə çırpılıb. Bundan başqa “Lexus” eyni istiqamətdə olan KIA markalı maşına da çırpılıb. “Lexus” markalı maşının sürücüsü avtomobili ilə birgə hadisə yerindən uzaqlaşıb.
KIA və BMW markalı maşınlara ciddi ziyan dəyib. KIA - da olan sərnişin xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.