Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda və bir sıra rayonlarda külək əsir - FAKTİKİ HAVA
Mayın 21-də saat 10:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Vurğulanıb ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Mingəçevirdə 26, Bərdədə 22, Şahdağda 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şabranda 19, Sabirabadda 17, Gəncə və Xaçmazda 16, Şəkidə 15 m/s-dək güclənib.
Ölkə ərazisində küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.
"Hava proqnozu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar