Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Pakistanda kamikadze məktəb avtobusuna hücum edib: Ölənlər və yaralananlar var
Pakistanın cənub-qərbində kamikadze məktəb avtobusuna hücum edib. Ən azı dörd uşaq ölüb, 38 nəfər yaralanıb.
Oxu.Az AP-yə istinadən xəbər verir ki, bir neçə uşağın vəziyyəti ağırdır.
Məlumata görə, hücum nəqliyyat vasitəsinin uşaqları Xuzdar bölgəsindən şəhərdəki hərbi məktəbə apararkən baş verib. Hazırda heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
"Pakistanda terror" teqi üzrə xəbərlər
Ən çox oxunanlar