Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda yük avtomobili minik maşını ilə toqquşub - FOTO
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, “KamAZ” markalı yük maşınının sürücüsü dairəyə daxil olarkən VAZ-2121 markalı maşına çırpılıb.
Qəza nəticəsində VAZ-a ciddi ziyan dəyib.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər. Hər iki sürücünün izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda sürücünün yanlış manevri qəzaya səbəb oldu
- Bakı-Quba-Rusiya yolunda idarəetmədən çıxan TIR məlumat lövhəsinə çırpıldı
- Astarada altı uşaq atasını maşınla vurub öldürənə cəza verildi
- Ordubadda yol-nəqliyyat hadisəsi baş verib, dörd nəfər xəsarət alıb
- İki il öncə tələbənin ölümünə səbəb olan şəxs həbs olundu
Ən çox oxunanlar