Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıdan Gəncəyə gedənlərə ŞAD XƏBƏR
Bakı-Gəncə-Bakı şəhərlərarası marşrut xəttində tam yeni MAN və "Temsa" markalı avtobuslar xidmətə başlayıb.
Oxu.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
"Şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması daim diqqətdə saxlanılır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır", - deyə AYNA bəyan edib.
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- 20 ədəd radiotezlik nominalı dövlət resursu kimi geri alınıb
- "N-Telekom" publik hüquqi şəxsində YENİ TƏYİNAT
- AYNA: "Bakıdan bölgələrə iki gündə 28 minə yaxın sərnişin daşınıb"
- Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
- Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək