Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Qarabağ" heyətini qanalı hücumçu ilə gücləndirir
Ağdam təmsilçisi xeyli müddətdir danışıqlar apardığı vingerlə ortaq məxrəcə gəlib.
Oxu.Az xəbər verir ki, 23 yaşlı Emmanuel Addai "JMG Akademi"nin yetirməsidir.
Yeni transfer səhər saatlarında Azərbaycana gəlib.
Afrikalı cinah oyunçusu bu gün tibbi baxışdan keçəcək.
Qeyd edək ki, Azərbaycan çempionu bu yay 5 yeni müqavilə bağlayıb. Musa Qurbanlı "Yurdorden"dən (İsveç), Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"dan (Türkiyə) geri qayıdıb. Sadiq Məmmədzadə "Səbail"dən, Fabiyan Buntiç "Vizela"dan (Portuqaliya) və Mateuş Koxalski "Stal"dan (Polşa) transfer olunub.
"Şahruddin Məhəmmədəliyev" teqi üzrə xəbərlər
- Azərbaycan millisi Belarusla görüşdə qələbə üçün nə etməlidir?
- Şahruddin millinin düşərgəsindən UZAQLAŞDIRILDI - SƏBƏB...
- Ulduz futbolçu Luiş Nani "Qarabağ"ın oyunçuları ilə görüşüb
- Türkiyə klubu Şahruddin Məhəmmədəliyevə bir milyon manatdan çox ödəniş etməlidir
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
Ən çox oxunanlar