Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Bakının daha iki əsas yolunda sürət həddi endirildi](https://images.oxu.az/2023/04/05/14/00/08/cdaf2b8b-c0b6-4e85-8b54-24e4c26d200a/suret_heddi_yol_030819_1:1200.jpg)
Bakının daha iki əsas yolunda sürət həddi endirildi
Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd edilib ki, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saata, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.
Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik.
Xatırladaq ki, bundan öncə Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib. Sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saata, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.
Bundan başqa, Bakının Sabunçu, Balaxanı, Zabrat və Kürdəxanı qəsəbələrinin ərazisindən keçən Zabrat-Kürdəxanı yolunda müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- 20 Yanvar faciəsindən 35 il keçir
- Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurlar