Bakının ən məşhur körpülərindən biri uçma təhlükəsi ilə üzləşib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, internetdə güclü yağış yağması nəticəsində Bağırov körpüsünün uçması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Hüseyn Cəfərov Milli.Az-a bildirib ki, yağış suları körpünün köməkçi hissəsinin istinad divarını zədələyib.
Yolun aşağı hissəsinin daşları uçub. Təxminən 2 kvadratmetr ərazidə isə körpünün fasad daşları qopub.
Şöbə müdirinin sözlərinə görə, hazırda həmin ərazidə “Azəryolservis” tərəfindən bərpa işləri aparılır.