Bu yol qəzası Bakıda baş verib.
Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, xanım sürücünün idarə etdiyi “Porcshe” markalı minik avtomobili “Mercedes” markalı yük maşınına dəyib.
Qəza o qədər də ağır deyil. Lakin məsələ burasındadır ki, kadrlara diqqətlə baxdıqda hər iki sürücünün özünü haqlı saydığı görünür.
Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan həmin qəzanın görüntüsünü təqdim edirik. Və oxuculardan soruşuruq; sizcə, bu qəzada günahkar kimdir?