Bakının Yasamal rayonu “Qış parkı” ərazisində yeraltı piyada keçidində su xəttindəki nasazlıq aradan qaldırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, səhər saatlarında təkrar olaraq yeraltı keçiddə su axıntısı problemi yaşanıb:
“Aidiyyəti qurumlar tərəfindən problem aradan qaldırılıb. Hazırda heç bir su axıntısı yoxdur”.
10:44
“Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidini yenidən su basıb.
Oxu.Az xəbər verir ki, hadisəyə səbəb park ərazisində yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş su xəttinin partlaması olduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl də sözü gedən ərazidə keçidi su basması ilə bağlı xəbər vermişdik.
Bu gönderiyi Instagram'da görKönül Cəfərli
Mövzuya aid xəbərlər
Digər xəbərlər