Bakı şəhərinin Səbail rayonu ərazisində, Salyan şosesində, “Baku Cristal Hall”un yaxınlığında “BakuBus” MMC-nin 6 nömrəli marşrut avtobusu “Mercedes E200” markalı, 90 CZ 648 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda “BakuBus” rəhbərliyinin hadisə yerinə gəlməsi gözlənilir.