Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cavanşir Həsənov dəfn edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Balakənin Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Cavanşir İsrafil oğlu Həsənov 1967-ci il aprelin 14-də Balakən rayonun Hənifə kəndində anadan olub. 1992-ci il iyunun 12-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.