Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Balaxanıda kişi vətəndaş nikahında yaşadığı qadın və onun övladları tərəfindən döyüldü
Bakının Sabunçu rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadın və onun övladları tərəfindən döyülüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Balaxanı qəsəbəsində 59 yaşlı Bünyadov Mühətdin Məmməd oğlu qeyri-rəsmi münasibətdə olduğu Rəsmiyyə adlı qadınla elə onun evində dava edib.
Nəticədə M.Bünyadov qadının özü və övladları tərəfindən hücuma məruz qalıb. O, döyülərək xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Rəsmiyyə adlı qadın isə (soyadı məlum deyil) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinə gələrək, M.Bünyadovu özü döydüyünü bildirib.
Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR