Aramsız yağan leysan xarakterli yağış cənub bölgəsində fəsadlara səbəb olub. Lənkəran rayonunun ərazisində və bir sıra kəndlərdə evləri və həyətyanı sahələri su basıb.
"Bərbaddır, ev dağılıb gedir" - Güclü yağış sakinlərin başına oyun açdı
"Budur vəziyyətimiz, hər yeri su basıb, bizə kömək edin. Vəziyyət bərbaddır, evlər uçub dağılır. Kanallar ağzınadək su ilə doludur, heç bir şərait yoxdur", - deyə sakinlərdən biri bildirib.
"Gecədən yağan yağış səhərə yaxın daha da gücləndi. Əgər kanallar təmizlənsəydi, belə olmazdı", - başqa bir sakin qeyd edib.
Masallı və Astara rayonlarının kəndlərində də oxşar vəziyyət müşahidə olunur.