Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bəzi xəstəliklərlə bağlı dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
"İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, hazırda ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələri, anesteziya və digərləri xidmətlər zərfi çərçivəsində qarşılanır.
"Resept əsasında ürək, sonra tənəffüs yolu xəstəlikləri üzrə dərmanların tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur", - deyə Zaur Əliyev vurğulayıb.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- İcbari sığortaya qoşulan özəl tibb müəssisələrinin sayı artdı
- İcbari tibbi sığortanın tətbiqindən dörd il ötür: 235 milyondan artıq tibbi xidmət göstərilib
- Nərminə Ramazanova: "Elə müraciətlər olur ki, operator 40-50 dəqiqə cavablandırmalı olur"
- Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
- Agentlik: "Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır"