Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Biləsuvarda dəm qazından zəhərlənənlərin son durumu AÇIQLANDI
Biləsuvarda dəm qazından zəhərlənənlər ambulator müalicə üçün evə buraxılıblar.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Fevralın 24-ü saat 10:00-da dəm qazından zəhərlənmə şübhəsilə altı nəfər (beşi qadın, biri kişi cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Biləsuvarda evdə dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Bir evdə yaşayan Səidə Əmirova, Salah Ağayev, Sevda Ağayeva, Əli Ağayev, Zümrüd Ağazadə və Gülay Ağayeva dəm qazından zəhərləniblər.
Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.