Biləsuvarda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
“Report”un məlumatına görə, xəsarət alanlar Biləsuvar rayon sakinləri, 1984-cü il təvəllüdlü Dəyanət Quliyev, 1990-cu il təvəllüdlü Qaya Məmmədov, 1986-cı il təvəllüdlü Elməddin Rufullayev, 1991-ci il təvəllüdlü Anar Qurbanov və 1984-cü il təvəllüdlü Rəşad Feyzullayevdir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
13:27
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı VAZ-2106 və “LADA Priora” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində beş nəfər xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.