Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
Oxu.Az FHN-in saytına istinadən bildirir ki, Qaradağ rayonunda ümumi sahəsi 40 kvadratmetr olan geyim mağazası içərisindəki mallarla, ümumi sahəsi 216 kvadratmetr olan digər geyim mağazalarının tavanları 22 kvadratmetr sahədə yanıb. Mağazların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
11:38
“Binə” ticarət mərkəzində yanğının qarşısı alınıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası tərəfindən söndürülüb.
11:08
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində yanğının baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
E.Ə.
www.oxu.az