Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
Agentlikdən verilən məlumata görə, sentyabrın 1-dən oktyabrın 2-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış mina təmizləmə əməliyyatları zamanı piyada əleyhinə 429, tank əleyhinə 83 mina və 533 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 962 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
