Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Bu mahnı Xudayara ana südü kimi halaldır" - Dillərdə dastan olan təsnif
Baku TV Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə haqqında reportaj hazırlayıb.
Xudayar ölümündən iki gün əvvəl Əlibaba Məmmədovun Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnifi ifa edərək sanki ona yeni bir nəfəs, həyat verdi.
Elə bir nəfəs ki, səs, ifa, görkəm və vətənə bağlı ömrün şəhadəti "Xudayar" təsnifini hər birimizin qəlbində ömürlük əbədiləşdirdi.
Xalq artisti Mənsum İbrahimov "Vətən yaxşıdır" mahnısının "Xudayar" təsnifi adlandırılması prosesindən danışıb:
"Çox adam bilmirdi ki, bu mahnı kimindir. Əlibaba Məmmədovla bu barədə danışanda dedi ki, bu mahnı artıq xalqındır. Xudayara ana südü kimi halaldır. Əlibaba bəyin də icazəsi ilə bu mahnı artıq "Xudayar" təsnifi adı ilə dillərə dastandır".
Daha ətraflı Baku TV-nin süjetində:

"Vətən müharibəsi şəhidi" teqi üzrə xəbərlər
- Xudayar Yusifzadənin anasını təhqir edən bloqer HƏBS OLUNDU
- Zəlzələdən zərərçəkənlərə yardım edən şəhid atası: "Toy əşyalarını qardaş ölkəyə göndərdik"
- Vətən müharibəsinin ən kiçik iştirakçılarından biri: Son sözü "Məni Vətən saxlayır" oldu
- Şəhidin qardaşı dünyaya gəldi
- Dastana dönən qəhrəman Xudayar Yusifzadənin qardaşının toyundan görüntülər