Azərbaycan hərbçiləri düşmənin hərbi avtomobilini sıradan çıxarıblar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə cəbhənin Tovuz istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb.
Baş verən atışmada Azərbaycan Silahlı Qüvvələri ermənilərin avtomobilini sıradan çıxarıblar.