Azərbaycanda məşğulluq səviyyəsinin artırılması istiqamətində yaradılan dövlət proqramında aktiv şəkildə iştirak edən “Fairmont Baku” hoteli, sosialyönümlü fəaliyyətinə uyğun olaraq bu il də bu istiqamətdə öz töhfələrini verməkdə davam edir.
Tələbələr üçün elan etdiyi 2017-ci il təcrübə proqramına qəbul və seçimlər artıq başa çatıb. Aparılan seçimlər nəticəsində 39 nəfər tələbə bu il “Fairmont Baku” hotelində təcrübə keçmək imkanı qazanıb. Bu ilki, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri universitetdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq edəcəklər. Təcrübə proqramı çərçivəsində mərhələlərlə seçilən gənclər 5 ay müddətində hotelin müxtəlif şöbələrində işləyib təcrübə qazanmaq imkanı əldə edirlər.
Hotel yarandığı gündən bu günə kimi Azərbaycan Turizm və Menecment Universiteti, “British Council” və “Asan Xidmət”dən ümumi olaraq 182 nəfər hotelin təcrübə proqramında iştirak etmiş və 23 tələbə təcrübə proqramını bitirdikdən sonra işlə təmin olunmuşdur. İşlə təmin olunmuş tələbələr arasından bir çoxları iş fəaliyyətində yüksək performans göstərdiyi üçün hal-hazırda hoteldə rəhbər vəzifələrində işləyirlər.
“Fairmont Baku” hotelinin İnsan qaynaqları üzrə direktoru Aqil Allahverdiyev bildirdi ki, hotel olaraq, hotelçilik sahəsinin gələcəyi olacaq tələbələrə belə bir fürsəti yaratmaqdan çox məmnunuq. Bu təcrübə proqramı tələbələrə real iş şəraitində təcrübə qazanmağa kömək edərək, onların universitetdə öyrəndiyi bilikləri real iş vəziyyətində tətbiq etməyə şərait yaradacaq.
“Fairmont Baku, Flame Towers” haqqında
Bakı şəhərinin ən yüksək nöqtələrindən birində yerləşən dəniz mənzərəli “Fairmont Baku” hoteli yüksək səviyyəli xidmət və standartlara cavab verərək, 318 otaq; lüks otaqlar və yaşayış mənzillərini özündə birləşdirir. Spa tək mərmər vanna otaqları xüsusi olaraq “Le Labo Rose” 31 dəriyə qulluq vasitələri ilə təchiz olunmuşdur. Bütün qonaq otaqları IPOD Dock və qəhvə hazırlayan maşınla təmin olunub. Məhdud sayda otaqların qonaqlarına 19-cu mərtəbədə yerləşən “Exclusive Fairmont Gold Lounge”a giriş imkanı yaradılıb. Burada “Fairmont Gold” qonaqlarına məxsusi olaraq hazırlanmış səhər yeməkləri, yerli alkoqollu və alkoqolsuz içkilər və gün boyu kanape setləri pulsuz təklif olunur “.Le Bistro” restoranı müxtəlif növ yerli və fransız mətbəxinin zəngin yeməklərini öz qonaqlarına təklif edir. Növbənöv kokteyl və qəlyanlar isə “Nur Lounge Bar”da qonaqlara təqdim edilir. Lüks spa hamam, sauna və müxtəlif masajlar ESPA mərkəzində qonaqların ixtiyarına verilmişdir. Qonaqlar həmçinin açıq və qapalı üzgüçülük hovuzundan istifadə edib, həm də hotelin fitnes mərkəzində idmanla məşğul ola bilərlər. Hotelin bütün otaqlarında yüksək sürətli internet quraşdırılmışdır və “Fairmont President’s Club” üzvləri bundan pulsuz yararlana bilirlər.
“Fairmont” haqqında
“Fairmont Hotels & Resorts” qonaqlarını düşüncəli və diqqətli xidmət və həqiqətən də unudulmaz, xoş xatirələrlə yadda qalan edən lüks hotelləri ilə təmin edir. Dünya üzrə hər bir “Fairmont” hoteli yerləşdiyi məkanın mədəniyyət və tarixindən ilhamlanaraq öz mətbəxində və dizaynında bunu əks etdirir. “Fairmont Hotels & Resorts” dünyada 70-dan çox hoteli özündə birləşdirir. Nyu-Yorkda “The Plaza”, Londonda “The Savoy”, Şanxayda “Fairmont Peace Hotel” və Kanadanın Quebec şəhərində yerləşən “Fairmont Le Château Frontenac” bunlardan ən məşhurlarıdır. “Fairmont” dünyada qabaqcıl hotel şirkəti olan “FRHI Hotels & Resorts”ın tərkibindədir, hansı ki özündə “Raffles”, “Fairmont”, “Swissotel” brendləri adı altında 130-dən çox oteli birləşdirir.
Ətraflı məlumat və ya rezervasiya üçün: fairmont.com/baku.
A.S.
www.oxu.az