Kənd təsərrüfatı naziri Heydər Əsədovun 07.03.2014-cü il tarixli, 55k nömrəli əmri ilə Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov vəzifəsindən azad edilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün əmr imzalayıb.
Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi vəzifəsinin müvəqqəti olaraq icrası Müfəttişliyin rəis müavini Ədalət İsmayıl oğlu Yusifova həvalə edilib.