"Köhnə dövlət qeydiyyat nişanlarına hər hansı müdaxilə edilməsi yolverilməzdir".
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, bu nömrə nişanları vaxtilə müəyyən edilən standartlara uyğun istehsal edilib:
"Buna görə də həmin nişanlara müdaxilə edilməsi inzibati məsuliyyət yaradır. Köhnə nömrələr yararsız hala düşərsə, hərflər və ya rəqəmlər oxunmaz hala gələrsə, bu halda yenisi ilə əvəz edilməlidir. Bəzi hərflərin deformasiyası qayda pozuntuları zamanı cərimələrin fərqli adamlara getməsinə səbəb olur. Birmənalı olaraq bu yazılar oxunaqlı olmalıdır. Əgər oxunmağında hər hansı bir problem yoxdursa, nömrə nişanın yenisi ilə əvəzlənməsinə ehtiyac yoxdur".
Qeyd edək ki, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.
Aygün Mirakif