"İmişli rayonunda 1980-ci ildə tikilən xəstəxana hələ də istifadə olunmur".
Oxu.Az-ın məlumatına görə, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı bildirib.
O bildirib ki, xəstəxana İmişli rayonunun Aranlı kəndində inşa edilib:
"45 ildir ki, xəstəxana ağzıgünə baxır. Bu xəstəxananı niyə tikdilər, niyə istifadə olunmadı? Xahiş edirəm səhiyyə naziri Teymur Musayev bu məsələ ilə maraqlansın".
Samir Əli