Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib ki, Avropa İttifaqı (Aİ) bu gün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu bəyanatı Aİ ölkələrinin XİN rəhbərlərinin görüşünə gedərkən verib.
Barro vurğulayıb ki, Avropa yeni sanksiyalarla Rusiyaya təzyiqlərini gücləndirməyə davam edir.
Nazir diqqətə çatdırıb ki, məhdudlaşdırıcı tədbirlər Rusiya məhkəmə hakimiyyətinin altı nümayəndəsinə, həmçinin penitensiar müəssisələrin dörd əməkdaşına qarşı tətbiq ediləcək.