“Dərman vasitələri üzrə son qiymət tənzimlənməsi 2016-cı ilin 28 noyabr tarixində həyata keçirilib və dərman vasitələrinin qiymətləri manatın o vaxtkı məzənnəsinə uyğunlaşdırılıb. O zaman manatın dollara nisbətdə məzənnəsi 1,7196 olub”.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib.
İ.Məcidov qeyd edib ki, bugünkü məzənnə 1,7196-dan bir qədər yuxarıdır:
“28 noyabrdan sonra məzənnənin bundan aşağı həddi görülməyib. Qanunvericiliyə görə, məzənnə bundan aşağı düşdüyü zaman dərmanların qiymətləri aşağı salınacaq, məzənnə yuxarı qalxdığı zamanı isə qiymətlər yuxarı qaldırılacaq”.
E.Ə.
www.oxu.az