ABŞ-ın rəhbərlik etdiyi koalisiya endirdiyi aviazərbə nəticəsində İraqın Mosul şəhərində “İslam Dövləti” terror qruplaşmasının hərbi polisinin rəhbəri məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İraq Kürdüstanının Təhlükəsizlik Şurası məlumat yayıb.
“Bizim terror əleyhinə idarəmiz fevralın 14-də aviazərbə nəticəsində Mosulda hərbi polis rəhbəri Haki İsmayıl Aued Əl-Hadidinin məhv edildiyini təsdiqləyir”, - Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
N.O.
www.oxu.az