Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
DGK: "Meymunçiçəyinə görə riskli ölkələrdən Azərbaycana gələnlər XÜSUSİ yoxlanılırlar"
"Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir".
Bunu APA-ya Dövlət Gömrük Komitəsindən bildiriblər.
Qeyd edilib ki, hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
"Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir. Mütəmadi olaraq DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində gömrük əməkdaşlarına xüsusi təhlükəli infeksiyalara dair maarifləndirici təlimlər keçirilir və son dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxma yolları və profilaktikasına xüsusi diqqət yetirilir.
Hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, növbəti addımlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq qurumlarla birgə "Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat"a əsasən həyata keçiriləcək", - məlumatda vurğulanıb.
"Meymunçiçəyi virusu" teqi üzrə xəbərlər
- Azərbaycanda meymunçiçəyinə yoluxmuş şəxslə bağlı DETAL: Cinsi münasibət zamanı keçibmiş
- Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI
- Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI
- Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə olanlar da yoxlanılacaqlar?
Rəylər