Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kamran Əliyev: "Keçən il 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub"
"Ötən il prokurorluq orqanları 75,3 milyon manatdan artıq məbləğdə ziyanı ödətdirib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyub".
Oxu.Az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, keçən il prokurorluq orqanları 75 300 895 manat məbləğində ziyanın ödənilməsini təmin edib.
Həmçinin əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 453 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 432 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.
"Kamran Əliyev" teqi üzrə xəbərlər
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- Ötən il nöqsanlara görə neçə prokurorluq əməkdaşı orqandan xaric edilib?
- Baş prokuror: "2024-cü ildə 41 nəfər Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub"
- 2024-cü ildə əvvəlki illərlə bağlı neçə qəsdən adam öldürmə cinayətinin üstü açılıb?
- Baş prokuror: "2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb".
Rəylər