"Buradan çıxanda 12 yaşım var idi. Ailəmlə birlikdə çox ağır şəraitdə kəndimizi tərk etdik. Şükürlər olsun ki, illər sonra öz ata-baba yurdumuza qayıtmışıq".
Bu sözləri Baku TV-yə uzun illərdən sonra doğma yurduna - Xocalı rayonunun Badara kəndinə qayıdan Şahəddin Atakişiyev deyib.
Sakinlərin sözlərinə görə, kənddəki evlər əsaslı şəkildə təmir olunub, müəyyən edilən çatışmazlıqlar isə aidiyyəti qurumlar tərəfindən mərhələli şəkildə aradan qaldırılır.
"Burada oğlumla birlikdə yaşayıram. Bu torpaqlara şəhidlərimizin və qazilərimizin sayəsində qayıtmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin", - deyə kənd sakini Gülyaz Tağıyeva bildirib.