Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DSMF Filialının kollektivindən kreativ addım - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı maraqlı addım atıb.
Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən verilən məlumata görə, filialın iş otaqlarına işğaldan azad olunan doğma yurd yerlərimizin adları verilib.
“Otaqlar Qarabağ, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Xudafərin, Həkəri, Tuğ və s. adlandırılıb. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan Surxay Nosuyevin atası, əslən Zəngilan rayonundan olan əməkdaş Əbdül Nosuyevin iş otağına isə “Zəngilan” adı verilib.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
"Ağdam" teqi üzrə xəbərlər
- İki nəfərə bıçaqla xəsarət yetirərək qaçan kollec tələbəsi saxlanılıb
- Ağdamda tikinti şirkətinin əməkdaşları QƏZAYA DÜŞDÜLƏR
- Ağdamda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB