Bakı sakinlərinin qələbə sevincinə əcnəbilər də qoşulub.
Şəhərdə böyük coşqu ilə qarşılanan qələbə xəbəri ilə bağlı çoxsaylı videoçəkilişlər olub. Həmin çəkilişlərdən birində paytaxtda yaşayan əcnəbi vətəndaşların Azərbaycan mahnısının sədaları altında rəqs edərək, Azərbaycanın qələbə sevincini bölüşdükləri görünür.
Qeyd edək ki, həmin əcnəbilər boks millimizin kubalı üzvləri - Lorenso Sotomayor və Pedro Alfonsodur.
Həmin videogörüntüləri təqdim edirik: