Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyunun 20-də cari ilin əvvəlinədək növbədə dayanan, müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə “Naz-Lifan” markalı minik avtomobillərini təqdim edib.
Oxu.Az xəbər verir ki, Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 154 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 46 nəfəri isə Çernobıl AES əlilləridir.
“Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, cari ilin aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı həyata keçirilib.
Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamının icrası olaraq bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxsin də xüsusi avtonəqliyyatla tam təminatı istiqamətində ƏƏSMN tərəfindən əməli işlər aparılır. Bu gün onlardan artıq 200 nəfəri avtomobillə təmin olunur və qalanlarına da yaxın aylarda avtomobillər təqdim edilib”- məlumatda deyilir.
Qeyd edək ki, tədbirdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar və Çernobıl AES əlilləri daim onların rifah halının yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Gülnarə Zeynalova
www.oxu.az