Azərbaycanda istifadə edilən avtomobillərin 20%-nin istehsal tarixi 20 ildən artıqdır və artıq resurslarını tükətmiş hesab edilirlər.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə V Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF) büronun rəhbəri Elxan Quliyev bəyan edib.
O qeyd edib ki, Mərkəzi Bankın avtomobil kreditlərinin məhdudlaşdırılması ilə bağlı qaydaları problemlər yaradıb və avtomobil sığortasında özünü biruzə verib.
“İcbari avtomobil sığortası üzrə mükafat və ödəmələrin səviyyəsinə mənfi təsir edən amillərdən biri də sığortanın olmaması üçün qoyulan cərimənin aşağı olmasıdır. 2014-cü ilin sonuna mütənasiblik 70-75% olmalıdır. Bu zaman ilk 5 ay üçün 11 milyon manat ödəniş edilib”, - E.Quliyev deyib.
Büro rəhbəri həmçinin, qeyd edib ki, bununla əlaqədar bazarda artım tendensiyalarının optimallaşdırılmasına dair lazımi tədbirlər görülməlidir və ictimai inamın səviyyəsi yüksəldilməlidir, əsasən də sığortalanmamış avtomobillərin sığortalanmasını təmin etmək lazımdır.