Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Emin Əmrullayev: "Elmi təşkilatların əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur"
"Azərbaycanda fəaliyyət göstərən 140-a yaxın elmi təşkilatların əksəriyyətində heç bir elmi məhsul istehsal olunmur".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən "Elm Festivalı"nda çıxışı zamanı deyib.
Nazir ölkədə elmi məqalə və məhsulların istehsalının az olmasının əsas səbəbi kimi maliyyələşmənin zəif olmasını misal çəkib:
"Azərbaycanda uzun illər elm və təhsil ayrı-ayrı inkişaf edib. Hazırda Azərbaycanda 150-dən artıq elmi müəssisə var. Lakin ümumi elmi məhsulların sayına baxdıqda elmi müəssisə sayları arasında qeyri mütənasiblik olduğunu görürük. Bu məqamda maliyyə və səmərəlilik mövzusu ön plana çıxır. Ölkə üzrə bütün elmi xərcləri böldükdə bir elmi məqalə təxminən 35 min manata başa gəlir. Bu da o deməkdir ki, istənilən mövzuda olduğu kimi, elmdə də maliyyələşmə önəmlidir".
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Emin Əmrullayev: "Xankəndi şəhərində ikinci məktəbin açılması planlaşdırılır"
- Nazir: "Qarabağ Universitetinə 1300-1400 tələbənin qəbul olması planlaşdırılır"
- İlham Əliyev Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
- Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
- Bir neçə fənn üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiqlənib