Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əri 20 yaşlı Leylanı və qızını niyə qətlə yetirdi? - VİDEO
Qətlə yetrilən Leyla Hüseynli və 8 aylıq körpəsi Ayla Masallının Xıl kəndində torpağa tapşırılıb.
Qobu qəsəbəsində qətlə yetirilən ana və körpəsinin qətli barədə bəzi detallar məlum olub.
Mərhum Leyla Hüseynlinin atası Əlişan İbadov qətli törədən Fərid Hüseynlinin atası Firdovsi Hüseynli ilə uzun illərdir dost olub və Leyla ilə Fəridin tanışlığı da buradan başlayıb.
Leylanın atası müsahibə vermək istəməsə də, şifahi olaraq bildirib ki, Fəridin ailəsi ilə aralarında bu günə kimi hər hansı ciddi problem yaşanmayıb. Hətta hadisədən bir gün qabaq onların evində olub və söz-söhbətin olmasını hiss etməyib.
Qeyd edək ki, iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 30 yaşlı Fərid Hüseynli 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı qətlə yetirib. Daha sonra Fərid Hüseynli bıçaqla özünə xəsarətlər yetirib və xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Qətlə yetirilən Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
"Abşeron" teqi üzrə xəbərlər
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xırdalanda 74 yaşlı qadın özünü spirtlə yandırdı
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi
Rəylər