Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ərindən 20 yaş kiçik qadının qətlinin ANBAAN GÖRÜNTÜLƏRİ yayıldı
Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi ilə bağlı görüntülər yayılıb.
"Report"un paylaşdığı kadrlarda dəhşətli hadisə anbaan əks olunub.
Qeyd edək ki, Yevlax Rayon Prokurorluğunun məlumatına əsasən, 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Mətləb Şükürov Yevlax Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Qətldə təqsirləndirilən şəxsin məhkəməsi: Məhkum yoldaşının kömək qarşılığında təhqirinə dözmədi
- Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT
- Abşeronda 52 yaşlı kişi qətlə yetirildi
- Hərbi xidmətdən ezamiyyətə gələn gizir tanışını döyüb öldürdü
- Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata AĞIR CƏZA