Ermənilər Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətindəki neytral zonada yanğın törədiblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, dünən 16.00 radələrindən başlayan yanğın indiyə qədər davam edir.
Əlibəyli kənd sakinləri, son zamanlar belə yanğınların tez-tez törədildiyini və nəticədə həmin ərazilərdə mina partlayışlarının baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, belə yanğınlardan sonra zərərvericilərin kəndə axını başlayır.