Oxuculara iyunun 26-sı və 27-sində Bakıda ilk dəfə Braziliya karnavalının təşkil olunacağı barədə xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, dünyanın ən gözəl, parlaq və emosional şousu olan Braziliya karnavalı ölkəmizdə də baş tutacaq.
Braziliyalıların təqdimatında möhtəşəm dekorasiya, rəngbərəng kostyumlar, samba ritmləri və dəfiləsi nümayiş olunacaq karnavalın tarixi dəyişdirilib. Karnaval rəsmi olaraq iyul ayının 11-də fərqli məkanda baş tutacaq.
Bu haqda Oxu.az-a həmin tədbirin təşkilatçısı Samirə Zeynalova məlumat verib.
Şounun aparıcıları Cavid Gül və Səbinə Allahverdiyeva olacaq.
Aytən Sadıqzadə
www.oxu.az