Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanılıb - YENİLƏNİB
Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.
Bu barədə “Report” məlumatlı mənbəyə istinadən xəbər verir.
Qeyd olunur ki, müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.
Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.
Xatırladaq ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez olurlar. Belə ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub.
Bütün bunlar Avropa strukturlarının bu ərazidə kəşfiyyat apardığını göstərə bilər.
15:55
Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanılıb.
APA xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Fransa" teqi üzrə xəbərlər
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu
- Fransada milli matəm elan edilib
- Pol Poqbanı qaçırıb pul tələb edən qardaşına hökm oxundu
- Fransada təbii fəlakət: Ölənlərin sayı 60 minə çata bilər
Rəylər