Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Evində xəsarət alaraq xəstəxanaya getməkdən imtina etdi, səhər meyiti tapıldı
Abşeron rayonunun Pirəkəşkül kəndində 45 yaşlı kişinin evində meyiti aşkarlanıb.
“Report”un məlumatına görə, 1979-cu il təvəllüdlü Eldəniz Alıyev fevralın 11-də gecə saatlarında yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra müvazinətini itirərək yıxılıb və başının betona dəyməsi nəticəsində xəsarət alıb.
Təcili tibbi yardım gələrək ona ilkin tibbi yardım göstərib, E.Alıyev özünü yaxşı hiss etdiyini bildirməklə xəstəxanaya getməkdən imtina edib.
Bundan sonra səhər saatlarında həyat yoldaşı Məleykə Kərimova evin yataq otağında E.Alıyevin yatmış vəziyyətdə meyitini aşkar edib.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Sumqayıt və Abşeronun bəzi qəsəbələrində su kəsiləcək
- Yağan aramsız yağışdan sonra Saray qəsəbəsindəki küçə keçilməz hala düşdü
- Abşeronda biraylıq körpə çimizdirilərkən boğulub
- Üç yaşlı qızının gözü qarşısında arvadını öldürənlə bağlı qərar verildi
- Masazırda sahibsiz küçə itləri vətəndaşa HÜCUM ETDİLƏR
Ən çox oxunanlar