Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Evləri külə dönən sakinlər fəryad edir: "Çöldə qalmışıq, gedəcək yerimiz yoxdur"
Kürdəmirin Şahsevən kəndində fərdi yaşayış evi yanıb.
Kənd sakini 58 yaşlı Xəlil Baxşıyevə məxsus ümumi sahəsi 120 kvadratmetr olan üçotaqlı ev əşyaları ilə birgə külə dönüb.
"Yanğını söndürməyə çalışsaq da, bacarmadıq. Yanğınsöndürənlər gələnə qədər ev yanıb külə döndü. 70 min manata yaxın məbləğdə ziyan dəyib. Evdəki əşyaların, sənədlərin hamısı yanıb", - deyə zərərçəkən X.Baxşıyev bildirib.
Hadisə barədə danışan digər zərərçəkən Tərgül Baxşıyeva yanğının mətbəxdə başladığını deyib:
"Qapını açan kimi alov üzümə vurdu. Vedrədəki suyu üzərinə tökdüm ki, söndürüm. Amma heç nə edə bilmədim. Evdən bir şey çıxara bilmədik. Çöldə qalmışıq, gedəcək yerimiz yoxdur".
Daha ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Böcəkli delikatestlər və əsl qəhvənin vətəni: Əsrarəngiz Kito şəhəri
- Dini tolerantlıq və multikulturalizmin Azərbaycan nümunəsi
- Bakıda tanınmış şadlıq evinin fəaliyyəti dayandırıldı - Xəbərlərin 20:00 buraxılışı
- Xronika: "Atam deyirdi ki, 1915-ci ildə də ermənilər bizi kənddən qovub çıxarmışdılar"
- Satışa saxta bal çıxarılır? - İDDİA