Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ayaqqabı sexində baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən daxil olan məlumatda deyilir ki, Suraxanı rayonunda ümumi sahəsi 600 kvadratmetr (hər mərtəbəsi 300 kvadratmetr, qeyri-yaşayış) olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində fəaliyyət göstərən ayaqqabı istehsalı sexində dəzgahın havalandırma qurğusu, 1 ədəd elektrik lövhəsi, 2 ədəd qoruyucu açar və 5 p.m kabel yanıb.
Sexin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
21:31
Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən toxuculuq sexində baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın elektrik naqillərində olan qısaqapanmadan yaranıb.
20:50
Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən sexlərin birində yanğın başlayıb.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın müxtəlif sexlərin yerləşdiyi ərazidə qeydə alınıb.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.