Bakıda Fransa səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, Fransa səfirliyinə məxsus SFR 002 2 nömrəli “Nissan Murano” markalı avtomobil hal-hazırda, Səbail rayonu Rəsul Rza küçəsində yerləşən Fransa səfirliyinin qarşısında əzilmiş vəziyyətdə saxlanılıb.
Avtomobilin harada və necə qəzaya uğraması barədə məlumat olmasa da, zərbə nəticəsində nəqliyyat vasitəsinin sağ tərəfi bərk əzilib.
Məlumata görə qəza nəticəsində xəsarət alan olmayıb.

Elvin Əhmədov
Foto: Cavanşir Hüseynov
www.oxu.az